Xəbər lenti

Dəhşətli torpaq sürüşməsi: 100-dən çox ölən var
Dünya05:57 21.09.2013

Dəhşətli torpaq sürüşməsi: 100-dən çox ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Meksikada leysan yağışları nəticəsində əmələ gələn güclü daşqın və torpaq sürüşməsi azı 101 nəfərin ölümünə səbəb olub.
APA-nın “Farnce Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Meksikanın daxili işlər naziri Migel Osorio Çonqa açıqlayıb. O, 68 nəfərin itkin düşmüş sayıldığını deyib.

Selin körpüləri dağıtması və avtomobil yollarının tıxanması üzündən iri kurort şəhəri Akapulkonun ölkənin digər hissəsi ilə əlaqəsi kəsilib.
 
Daşqınlar başladıqdan bəri hakimiyyət orqanları Akapulkodan 58 mindən çox turisti təxliyyə edib. Hazırda təxliyyə davam edir. Şəhərdəki hava limanının bazar günü fəaliyyətini tam bərpa edəcəyi gözlənilir.
 
Qeyd edək ki, güclü leysan yağışlarına sentyabrın 16-da Sakit və Atlantik okeanlarının akvatoriyalarından gələn “Manuel” tropik qasırğası və “İnqrid” tufanı səbəb olub.

Qaynar.info