Xəbər lenti

Dəhşətli yanğın: Kaliforniyada 120 min insan təxliyə edilir (TƏSVİR)
Dünya10:07 22.08.2020

Dəhşətli yanğın: Kaliforniyada 120 min insan təxliyə edilir (TƏSVİR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kaliforniya səlahiyyətliləri evləri dəhşətli yanğın üzündən təhlükəyə düşən 119 mindən çox sakinin təxliyə edilməsini əmr edib. 
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı qubernator Gevin Nyusom deyib:
"Evakuasiya bildirişləri çox ciddi qəbul edilməlidir. Bu cür bildirişləri 119 min adama göndərmişik". AP-nin məlumatına görə, təxliyə olunanların ümumi sayı 140 min nəfərə çatıb.
Nyusom ştatın şimalındakı yanğınların sayının 367-dən 560-a qədər artdığını, bunun nəticəsində 320 min hektar ərazinin yandığını bildirb. Yanğınlarla mübarizə aparmaq üçün mindən çox nəqliyyat vasitəsi, 88 helikopter, 241 buldozer, 24 təyyarə, eləcə də 12 mindən çox yanğınsöndürən səfərbər edilib. 
Artıq altı nəfər fəlakət qurbanının olduğu deyilir.
Avqustun 18-də Kaliforniya qubernatoru istilik dalğaları və yanğınlar səbəbindən ştatda fövqəladə vəziyyət elan edib.
Alpər
<script async="" src="https://platform.twitter.com/widgets.js" charset="utf-8"> //