Xəbər lenti

Dəhşətli yol qəzası: 32 nəfər öldü
Dünya10:12 03.02.2021

Dəhşətli yol qəzası: 32 nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Uqandanın qərbindəki Kasele dairəsində ötən axşam baş verən yol qəzası nəticəsində 32 nəfər ölüb, 5 nəfər də xəsarət alıb.
Qaynarinfo xəbər verir ki, Uqanda Qırmızı Xaç Cəmiyyətinin əlaqələndiricisi İrene Nakasiita Fort Portal - Kasese yolunun təmir olunan hissəsində əvvəlcə dəfn mərasiminə gedən bir qrup sakini daşıyan yük maşınının minik avtomobillə toqquşduğunu, sonra isə daha üç yük maşınının onlara çırpıldığını bildirib.
Polisin məlumatına görə, yol qəzalarında ölüm sayına görə liderlər sırasında olan Uqandada ildə orta hesabla 20 minədək yol qəzası zamanı 2 mindən artıq ölüm hadisəsi qeydə alınır.