Xəbər lenti

Dələduz Binədə qaz çəkmək adı ilə 9 min yığıb aradan çıxdı - VİDEO
Ölkə19:57 29.01.2017

Dələduz Binədə qaz çəkmək adı ilə 9 min yığıb aradan çıxdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qaz çəkmək üçün 20 dən çox sakindən pul alan şirkət yoxa çıxıb. Yaşayış evlərinə qaz xətlərinin podratçı şirkətlər tərəfindən çəkilməsi bir çox hallarda vətəndaşlara problem yaradır. Əksər hallarda işlər ya tam təhvil verilmir, ya da ki sonda şirkət pulu yığıb aradan çıxır.

Belə hadisələrdən biri paytaxtın Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan sakinlərin başına gəlib.

Özünü əvvəl "Azəriqaz"ın işçisi kimi təqdim edən edən Emin adlı şəxs sonra da fərqli şirkətlərin adını verərək vətəndaşlardan ümumilikdə 9 min manata yaxın pul alıb.

Sakinlərin hesabına evlərə qədər qaz boruları çəkilsə də, sonradan bu proses tamamilə dayanıb. İndi isə bu qaz boruları sadəcə görünüş olaraq qalıb.

Saxta şirkət nümayəndəsi hətta Bəzi sakinlərin evlərinin sənədini də özü ilə götürüb aparıb.

Vətəndaşlar bu barədə polisə şikayət etsələr də, aralaraında heç bir müqavilə bağlanmadığına görə indi həmin şirkəti tapa bilmirlər.

Məsələylə bağlı "Azəriqaz" ASC-dən “Xəzər Xəbər”ə bildirildi ki, podratçı şirkət ilə vətəndaşlar arasında olan məsələlərə "Azəriqaz" qarışmır. Və həmin ərazidə işlər tam görülüb qurtarıldıqdan sonra "Azəriqaz" layihəyə baxış keçirib, qiymətləndirməlidir. Və yalnız bundan sonra layihə norma və tələblərə uyğundursa, pulsuz sayğaclar veriləcək və evlər qazla təmin olunacaq.

Qaynarinfo.Az