Xəbər lenti

Deməli, ermənilər orada daha aktiv işləyir... - Fazil Mustafa
Siyasət08:51 23.12.2022

Deməli, ermənilər orada daha aktiv işləyir... - Fazil Mustafa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
(Yazı "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusu üzrə hazırlanıb)
Vətən müharibəsində əldə edilən qələbə Azərbaycan diasporunun fəaliyyətində də istər-istəməz yeni perspektivlər açır. Hazırkı dövrdə diaspor təşkilatlarının qarşısında duran başlıca məqsəd Azərbaycanın öz suverenliyi, ərazi bütövlüyü istiqamətində atdığı addımların haqqa, ədalətə, beynəlxalq qanunlara söykəndiyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Çünki müharibədə məğlub olaraq, işğal etdiyi torpaqlardan geri çəkilməli olan düşmən məkrlidir. Ermənistan indiki situasiyada da çalışır ki, özünün əvvəlki işğalçılıq siyasətinə haqq qazandırsın və bu fonda onlar dünya birliyini aldatmaq cəhdlərini davam etdirirlər. Ona görə də mövcud vəziyyətdə Azərbaycan diasporunun başlıca işi dövlətimizin haqq səsini daha ucadan səsləndirməkdən ibarətdir.
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatl Fazil Mustafa da bildirir ki, Azərbaycanın diaspor, lobbi təşkilatları müharibədən sonrakı dövrdə yeni çağırışlara cavab olaraq daha güclü şəkildə təşkilatlanmalıdır:
"Amma təşkilatlanmadan daha önəmli ayrı-ayrı institutlarla işləməkdir. Bu istiqamətdə rəyin Azərbaycanın xeyrinə dəyişməsi üçün səylər göstərilməlidir. Yeni dövrdə diaspor təşkilatlarımız əsasən bu istiqamətdə çalışmalıdır”. 
Deputat diaspor üzrə peşəkar kadr potensialının genişləndirilməsini də vacib bilir:
"Başlıcası, kadrların tapılıb bu istiqamətdə xarici ölkələrdə iş görmələrini təmin etməliyik. Ümid edirəm ki, haçansa bu istiqamətdə də addım atılacaq. Bu istiqamətdə indi də müəyyən addımlar atılır. Amma görürük ki, Estoniya, Litva kimi ölkələrin də parlamedntləri Azərbaycan əleyhinə qərarlar çıxarır. Halbuki, onların dövlət başçıları ölkəmizə səfər etmişdi, müəyyən dərəcədə əlaqələrimiz də var. Amma həmin iki ölkənin parlamentləri Azərbaycana qarşı qərara qəbul edirsə, deməli, ermənilər orada daha aktiv işləyir. Yoxsa, estonların, litvalıların nəyinə lazımdır belə addımlara getmək? Hazır mətni veriblər, bir az da ciblərinə pul qoyublar, başlayıblar Azərbaycan əleyhinə danışmağa. Halbuki onların normal bilgisi olsaydı, bilərdilər ki, ermənilər separatçılıq fəaliyyətilə məşğuldur. Belədə, Baltikyanı ölkələri əleyhimizə çevirə biliblərsə, deməli, erməni diasporu Azərbaycan diasporu ilə müqayisədə daha yaxşı işləyib. İndiki halda, Azərbaycan diasporu bu istiqamətdə də fəaliyyətini gücləndirməlidir”. 
Milli Məclisin deputatı Anar İsgəndərov qeyd edir ki, diaspor təşkilatları Azərbaycanın xaricdəki səfirlikləri və diplomatik konsulları ilə əl-ələ verib real həqiqətləri dünyaya çatdırmaq üçün daha böyük əzmlə çalışmalıdırlar:
"44 günlük müharibədə əldə edilən qələbə Azərbaycanın tarixində qəhrəmanlıq zirvəsidir. Azərbaycanın haqq işini müdafiə edən dövlətlər heç bir siyasi maraq güdmədən ölkəmizi müdafiə etdi. Amma bu gün də dünyada elə dövlətlər var ki, Azərbaycanın haqq və ədalət, öz torpaqları uğrunda mübarizəsini qəbul və həzm edə bilmir. 
İndiki situasiyada Azərbaycan diasporunun da məhz bu istiqamətdə təbliğatı genişləndirməsinə böyük ehtiyac var. Zəfərimiz, qələbəmiz məlum. Amma bu qələbədən sonra dünya dövlətlərində elə düşüncə yaranmamalıdır ki, guya Azərbaycan kiminsə torpağını işğal edib. Belə düşüncədə olanlar yalan və böhtan danışırlar. Amma bu yalan və böhtanı aradan qaldırmaq, həqiqətin işıq üzü görməsi üçün Azərbaycan diasporu müasir dövrdə daha əzmlə çalışmalıdır. Diasporun işi bundan ibarətdir. Bu mənada Azərbaycanın xaricdəki səfirlikləri və diplomatik konsulları diaspora ilə əl-ələ verib real həqiqətləri dünyaya çatdırmağa daha böyük əzmlə girişməlidirlər. Müharibədən keçən iki ildə bu istiqamətdə bəzi irəliləyişlər də əldə olunub. Azərbaycan diasporu 10 il bundan əvvəlki diaspor deyil, daha da güclənib”. 
Rüfət Sultan
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.