
Dəməşq türk tank və zirehli texnikasının Suriyaya daxil olmasını pisləyib və bunu ölkənin suverenliyinin pozulması kimi dəyərləndirib.
Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə SANA dövlət agentliyi Suriya Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.
Suriya XİN bildirib ki, terrorizmlə mübarizə yalnız Suriya hökuməti ilə əlaqəli şəkildə aparılmalıdır:"Carablusda baş verənlər Türkiyənin elan etdiyi kimi terrorla mübarizə deyil. Suriya NATO-dan bu əməliyyatların təcili dayandırılmasını və dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmağı tələb edir".
Qızılgül
Qaynarinfo.Az