"İron Man" filmlərində Toni Starkın evi kimi istifadə edilən möhtəşəm malikanə satışa çıxarılıb.
ANS PRESS-in məlumatına görə, bir çoxlarının xəyallarını bəzəyən malikanə tam 1 hektarlıq bir ərazidə tikilib. Xüsusi qum səhrası olan evin içərisində hər şey var.
Şəhərdən uzaq yerdə yerləşən malikanə füsünkar gözəlliyi ilə diqqət çəkir. Öz şəhərində yaşamaq istəyənlərin xəyali ola biləcək bu evin qiyməti 25 milyon dollardır.
Tony Starkın evi kimi tanınan malikanə olduqca ilhamverici bir dizayna sahibdir.
Maykl Riva və Fil Saunders tərəfindən hazırlanan malikanə filmin pərəstişkarlarına xüsusi zövq verir.