
Yaponiyanın ən böyük dəmir yolu şirkəti olan East Japan Railway şirkəti işçilərinə təxminən 7 min Apple iPad mini tablet paylayacaq.
Qaynar.info-nun məlumatına görə, şirkətin əsl məqsədi müştərilərə göstərilən xidməti yüksəltməkdir. Vaqon xidmətçiləri tabletlərlə baş verən gecikmələri və qatarın hərəkətində olan dəyişikliklər haqqında sərnişinlərə məlumat verə biləcək. İPad-lar sayəsində hər cür məlumatlar əldə etmək mümkün olacaq.
Şirkət rəsmiləri bunda başqa işçilərin iki kiloqrama yaxın sənədləri də daşımalarına ehtiyac qalmayacaqlarını da bildiriblər. Lazım olan bütün sənədlərin elektron variantları həmin tabletlərdə olacaq.
Qaynar.info