Xəbər lenti

Demokrat senatorlar İsraili mülki vətəndaşlar naminə Qəzzada atəşi dayandırmağa çağırdı
Dünya11:48 03.11.2023

Demokrat senatorlar İsraili mülki vətəndaşlar naminə Qəzzada atəşi dayandırmağa çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da 13 demokrat senator mülki əhali üçün yüksək risk və humanitar yardımın çatdırılması səbəbindən Qəzza zolağında döyüşləri qısamüddətli dayandırmağa çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Massaçusets senatoru Ed Markinin ofisinin bəyanatında deyilir.
"Biz senatorlar olaraq Qəzzadakı müharibəni yaxından izləmişik və inanırıq ki, mülki şəxsləri qorumaq üçün daha çox iş görülməlidir", deyə onlar qeyd edir.
Senatorlar İsrailin HƏMAS-a qarşı özünü müdafiə etmək hüququna malik olduğunu, eyni zamanda "mülki insanlara dəyən zərəri minimuma endirməli və humanitar yardımın əziyyət çəkənlərə çatmasına imkan verməli olduğunu" vurğulayıblar.
Senatorlar hərbi əməliyyatların qısamüddətli dayandırılması ilə əldə olunacağına ümid etdikləri üç məqsədi qeyd ediblər:
- Ciddi və zəruri nəzarət altında mülki əhaliyə mühüm humanitar yardımı uğurla çatdırılması;
- Oktyabrın 7-də oğurlanmış bütün girovların azad edilməsinə diqqətin artırılması;
- İsrail və Fələstin rəhbərliyi, regional və qlobal tərəfdaşlarla birlikdə regionda onilliklərlə davam edən münaqişəni aradan qaldırmaq üçün uzunmüddətli strategiyalar üzrə daha geniş danışıqlar üçün fürsət.
Bu açıqlama ABŞ-ın dövlət katibi Entoni Blinkenin Qəzzada davam edən hücumu ilə bağlı İsrail hökumətinə təzyiq etmək üçün cümə günü İsrailə gəldiyi zaman verilib.
KİV-in məlumatına görə, ABŞ prezidenti Co Bayden administrasiyası Qəzza zolağının cənubuna hava hücumlarını məhdudlaşdırması üçün İsrailə olaraq təzyiq edir.
Nizami Bağırov