Xəbər lenti

“Demokratiya ulduzu” yoxsa “marionetka”? - Ermənistan “demokratiyasına” baxış
Dünya14:47 14.03.2022

“Demokratiya ulduzu” yoxsa “marionetka”? - Ermənistan “demokratiyasına” baxış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qarabağ müharibəsindən sonra Ermənistan Baş naziri Nikol Paşinyan müxtəlif beynəlxalq qiymətləndirmələrə və hesabatlara istinad edərək, tez-tez ölkəsinin demokratiya baxımından irəliləyiş əldə etdiyini vurğulayır. 
Paşinyanın "Demokratiya naminə” konfransında bununla bağlı geniş "mühazirə” oxuduğunu xatırlamaq yerinə düşər. Bu yaxınlarda hökumətin iclasında Baş naziri postunu tutan şəxs bir daha vurğulayıb ki, "Demokratiya Naminə” institutunun dərc etdiyi hesabatda Ermənistan "seçki avtoritarizmi” deyil, "seçki demokratiyası” ifadəsi ilə müəyyən edilir. Onun sözlərinə görə, bununla da Ermənistan demokratik ölkələrin "ali liqasına” daxil olub.
Məllumdur ki, Paşinyan 2018-ci il hakimiyyət dəyişikliyindən sonra davamlı olaraq öz gücünü dünyaya, daha dəqiq Qərbə təqdim etməyə çalışır. O, əvvəlcə özünü beynəlxalq ictimaiyyətə "inqilab brendi” və ümid yeri demokratiyaya inteqrasiya etməsi kimi təqdim etdi, lakin həmin "marka” nüfuzdan düşərək, köhnəldi. 
Zaman göstərdi ki, Paşinyan bu ritorikayla  daxili siyasi vəziyyəti idarə etmək üçün alət kimi istifadə edib, çünki təslim olan ölkə (kapituliasiya aktı) rəhbərinin ictimaiyyətə deyəcək sözü yoxdur. 
Ermənistan rəsmilərinin hər zaman demokratiyadan danışması o demək deyil ki, demokratiya nəhayət Ermənistanda kök salıb və siyasi həyatın əsas təşkili üsuluna çevrilib.
Maraqlıdır ki, "Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı Ermənistanda demokratiyanın və söz azadlığının tənəzzülə uğraması ilə bağlı aylar əvvəl xəbərdarlıq etmişdi. Son vaxtlara qədər bəzi xarici strukturlar Ermənistanda qurulan siyasi sistemə "hibrid rejimin” mövcudluğu nöqteyi-nəzərindən baxırdılar. Lakin Ermənistanda demokratiyanın vəziyyəti əslində müxtəlif beynəlxalq platformaların təqdim etdiyindən qat-qat pisdir. Eyni zamanda, ölkədə hətta çox tənqid edilən insan haqqları və söz azadlığı sahələrində geriləmə də göz qabağındadır. 
Amma əsas sual ondan ibarətdir ki, nə üçün bəzi Qərb strukturları indiki reallıqlarda Ermənistanın demokratiyanın "ən yüksək liqasında” olduğunu tez-tez xatırlayırlar. 
Zamanında Ermənistanın Azərbaycan demokratik suveren ərazisini işğal etdiyi və onu digər ərazilərini işğal etməyə çalışdığı halda harda idi bu təşkillatlar? Üstəlik, Ermənistan Azərbaycan Respublikasının Qazaxın, Tovuzun və Naxcıvanın sərhədyanı əhalisi olan azərbaycanlıların ən elementar hüquqlarını pozduqda, insan haqları və demokratik dəyərlər sahəsində özlərini pioner elan etmiş strukturlar niyə Ermənistan hakimiyyətinin bu hərəkətini pislələmirdilər? Yoxsa cinayətlər və növbəti soyqırımların törədilməsi üçün susmağa üstünlük verirdilər?
Halbuki Ermənistanın əvəzinə başqa dövlət belə bir siyasət aparsaydı, demokratik dəyərləri müdafiə edən strukturlar hətta sanksiyalar tətbiq etməklə, maliyyə axınını kəsmək məsələsini gündəmə gətirərdilər. Bu o deməkdir ki, bu təşkilatların elan etdiyi şüarlar və prinsiplər saxtadır və onların siyasi yanaşmaları tipik ikili standartlarından irəli gəlir. Demokratik dəyərlər yalnız onların geosiyasi maraqlarına xidmət edir. Bu isə o deməkdir ki, bu qurumlar öz mövqelərində qərəzsiz deyillər, onların səsləndirdiyi qiymətləndirmələr həmişə çoxlu suallarla qəbul edilməlidir. 
Belə olan halda, Ermənistanı "demokratiya ulduzu” adlandıraraq niyə ona üstünlük verirlər? Məsələ burasındadır ki, Qərb strukturları Ermənistan Respublikasının hazırki hakimiyyətini dəstəkləmək məqsədi daşıyır, çünki Ermənistanda bir çoxlarının dediyi kimi, Paşinyan bizim ölkənin yox, xarici güclərin maraqlarına həvəslə xidmət edir. Xarici qüvvələrin hakimiyyətin antidemokratik addımlarına göz yummasının, Paşinyan və komandasının mümkün qədər uzun müddət hakimiyyətdə qalmasına şərait yaratmağa çalışmasının səbəbi də budur. Məsələ burasındadır ki, xarici oyunçular regionumuzda "marionetka” rolunu daha rahat öz üzərinə götürən Ermənistan rəhbərliyini öhdələrinə götürərək, ancaq öz maraqlarını irəli aparacaqlar.
Telman Qasımov
Hərbi-siyasi ekspert