ABŞ Demokratik Partiyasının bir sıra qanunvericiləri prezident Co Baydenin seçki kampaniyasından narahat olduqlarını bildiriblər. Çünki hazırkı prezidentin siyasəti son dərəcə qeyri-populyardır və onun reytinqi düşməyə davam edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Senator Berni Sanders Bayden komandasının qarşıdan gələn seçkiyə yanaşmasından narahatdır. Onun sözlərinə görə, prezident kursu dəyişməlidir, çünki onun İsraili dəstəkləməsi gənc seçicilər arasında reputasiyasını zədələyib.
"Şübhə yoxdur ki, gənclər üçün çox çətindir. Məncə, əksər amerikalılar indi baş verənlərdən narahatdır. Prezident Bayden kursunu dəyişməlidir", deyə Sanders bildirib.
Konqresin aşağı palatasındakı digər demokratlar, məsələn, Nümayəndələr Palatasının keçmiş lideri Steni Hoyer və Benni Tompson da kampaniyanın istiqaməti ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Nəşr həmçinin qeyd edir ki, demokrat strateqlər David Axelrod və Ceyms Karville Baydenin yenidən seçilmək şansı ilə bağlı narahatlıqlarını bildiriblər.
"Bayden 2024-cü il seçkilərində çətin mübarizə aparır. Bir neçə sorğu göstərdi ki, onun şansları təhlükə altındadır və populyarlığı hələ də aşağıdır", deyə "Fox News" qeyd edir.
Aydın