Xəbər lenti

Dənizdə faciə: 300 ölü
Dünya04:30 04.10.2013

Dənizdə faciə: 300 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyanın Lampeduza adasının sahillərində gəminin batması nəticəsində ölənlərin sayı 300-ə çatıb.APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 92 nəfərin öldüyü barədə xəbər verilirdi. 
 
Sahil mühafizə xidmətinin gəmiləri və yerli balıqçılar 151 nəfəri xilas edə bilib. Ötən günün axşam saatlarınadək sudan 3 uşaq və 2 hamilə qadın daxil olmaqla daha 104 nəfərin meyitini çıxarılıb. Hadisə yerində axtarış  aparan dalğıclar 40 metr dərinlikdə batan gəmidə hələ onlarla insan cəsədinin olduğunu bildiriblər.    
 
Qeyd edək ki, göyərtəsində 500 miqrantın olduğu və uzunluğu 20 metr olan gəmi Liviyanın Misurata limanından İtaliya istiqamətində hərəkət edərkən mühərriki sıradan çıxıb. Gəmidə olan sərnişinlərin diqqətsizliyi nəticəsində baş vermiş yanğından sonra isə gəmi batıb.   

Qaynar.info