Şimali Koreyanın sahil mühafizəsi Rusiyanın balıqçı gəmisini atəşə tutub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə Yapon dənizində baş verib.
“Altay” gəmisinin kapitanı bildirib ki, Şimali Koreya sərhədçiləri heç bir xəbərdarlıq etmədən avtomat silahlardan gəmiyə atəş açıblar.
Gəmidə axtarış aparıb, kapitanı sorğu-sual etdikdən sonra sərhədçilər rusiyalı balıqçıları sərbəst buraxıblar.