
İran körfəzində təxminən 15 metr uzunluqda qeyri-adi məxluq tapılıb.
Qaynar.info ANSPRESS-ə istinadən xəbər verir ki, İranlı balıqçıların aşkarladığı, əti sümüyündən ayrılmış vəziyyətdə olan məxluqun hansı heyvan olması barədə müxtəlif versiyalar var. Bioloqlar bunun çürümüş balina skeleti ola biləcəyini deyib.
İran hərbi-dəniz donanmasının nümayəndəsi isə qəribə məxluqun şəklini çəkərək internetdə paylaşıb.
Qaynar.info

