
Müasir dövrün ən böyük bəlası hesab edilən depressiyanın öhdəsindən gəlmək mümkündür.
Depressiya artıq uzun illərdir ki, qlobal epidemiya kimi bütün dünyanın canına yapışıb və bundan xilas olmaq da get-gedə çətinləşir. Biz həyatımızın müxtəlif mərhələrində depressiyaya düşürük və bundan özümüzü qorumaq üçün daima diqqətli olmalıyıq.
Özünüzü qoruyun
Lakin depressiyaya düşmək çox təbii bir prosesdir və bu halı özünüzdə hiss etdikdə, daha dərin depressiyaya düşməkdənsə, ciddi qərarlar qəbul etməlisiniz. Belə ki, depressiyaya düşmək deyil, uzun müddət bu halın davam etməsi ən qorxulu olanıdır. Depressiyaya düşən insanların sayı olduqca çox olsa da, bunu yaşayanlar bu halın yalnız onların başına gəldiyi düşüncəsinə qapılmağa meylli olurlar.
Depressiya müəyyən zəncirvari hadisələrin təbii nəticəsi kimi meydana çıxır. Yəni siz birdən-birə bu hala düşmürsünüz, səbəb kimi göstərilə biləcək bir neçə hadisə mövcud olur. Hisslərinizi biruzə verməyən, içinizə qapanıq insansınızsa, bu vəziyyətə düşməyiniz daha da asanlaşır və istənilən hadisə sizə mənfi təsir göstərir. Hadisələr və insanlar sizi kritik vəziyyətə saldıqdan sonra isə, həyat enerjiniz tamamilə tükənir və hər hansı bir istəyinizin olması çətinləşidr.
Bəs nə etməliyik?
İlk əvvəl bizi bu vəziyyətə salan hadisələrin qarşısını almağa və həyat enerjimizi vampir kimi soran insanlardan uzaq durmağa çalışmalıyıq. Yox əgər müəyyən səbəblərə görə bunu etmək mümkün olmayıb və siz depressiyanın içinə yuvarlanmısınızsa, bu məqamda onun daha da böyüməsinə icazə verməməlisiniz. Bunu etmək üçün ilk növbədə özünüzü bu vəziyyətə çatdırdığınıza görə bağışlamağınız lazımdır. Qəbul etməlisiniz ki, bu təbii vəziyyətdir və daima belə olmayacaq.
Depressiyanın dağıdıcı effekti var və bu sizin həyatınızın müxtəlif aspektlərinə mənfi təsir göstərə bilər. Buna görə də, sizi sevdiyinə və dəyər verdiyinə inandığınız insanların sevgisinin gücü bu məqamda sizi xilas edəcək əsas faktorlardan biridir. Onların sevgi və qayğısı sizin həyata olan inamınızı və mübarizə əzmininizi geri qaytaracaq. Bir sözlə, depressiyaya düşdüyünüz məqamda sizi həqiqətən sevən insanları qəbul etməyiniz ən önəmli məqamdır. Depressiyanın təsiri ilə sizi sevən insanları görməzlikdən gəlməyin. Onlar sizin ətrafınızdadır və hər an öz sevgiləriylə sizi xilas etməyə hazırdırlar. //Pahoo.az
Qaynarinfo.Az