Xəbər lenti

Deputat gənclərimizin xaricdə təhsilinin qarşısını almağa çağırdı
Ölkə14:40 12.11.2013

Deputat gənclərimizin xaricdə təhsilinin qarşısını almağa çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda əhalinin aztəminatlı hissəsinin mənzil problemini həll etmək üçün sosial mənzillər tikilməlidir.

Qaynar.infoAPA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisdə 2014-cü il üçünbüdcə zərfinnin müzakirəsi zamanı millət vəkili Jalə Əliyeva təklifedib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda internatlar və uşaq evlərindən məzun olan gənclər sonradan ev problemi ilə üzləşirlər:

“Bu qəbildən olan insanların normal vətəndaş kimi yaşaması üçün hökumət bu problemi həll etməlidir”.

Millət vəkili Əhməd Vəliyev isə bildirib ki, 2014-cü ildə təhsil kreditlərinin öz əksini tapması çox vacib amildir:

“Bugün məktəbi bitirən 20-25% gənc sonradan təhsilini davam etdirə bilmir,100 minlərlə Azərbaycan gənci özünə iş tapa bilmir. Azərbaycanda təhsilala bilməyən gənclərin böyük əksəriyyəti xaricə gedir”.

Millət vəkili qeyd edib ki, bu da Azərbaycandakı maliyyə vəsaitlərinin xarici dövlətlərə axmasına səbəb olur:

“Düşünürəmki, bunun qarşısı alınmalıdır. Çünki bu gənclərin əksəriyyəti xaricdəlayiqli təhsil almırlar. Bu vəsaitin xaricə axınının qarşısını almaqüçün bir təhsil strategiyası hazırlamalıyıq və hər bir Azərbaycan gənciöz ölkəsində təhsil alıb, burada da işlə təmin olunmalıdır”.

Qaynar.info