Xəbər lenti

Deputat kənd sovetinin sessiyasında qumbara partlatdı: 26 yaralı var (VİDEO)
Dünya12:07 15.12.2023

Deputat kənd sovetinin sessiyasında qumbara partlatdı: 26 yaralı var (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zakarpatiyada Keretskovski kənd şurasının binasında bir deputat iki qumbara partladıb. Nəticədə 26 nəfər yaralanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
Bildirilir ki, saat 11.37-də "102" xəttinə Mukaçevo rayonunun Keretskovski kənd sovetinin binasında sessiya iclası zamanı deputatlardan birinin qumbaraları partlatması haqda məlumat daxil olub.
Yenilənmiş məlumata görə, hadisə nəticəsində 26 nəfər xəsarət alıb, onlardan 6-nın vəziyyəti ağırdır. Qumbara partladan şəxsə həkimlər reanimasiya tədbirləri həyata keçirirlər.
Bildirilir ki, hadisə yerində bütün müvafiq xidmətlər, polisin əməliyyat-istintaq qrupu, partlayıcı maddələr üzrə ekspertlər və kriminoloqlar işləyir. İbtidai istintaq hərəkətləri davam etdirilir.
Alpər