
Xəbər verdiyimiz kimi, Rusiya Liberal Demokrat Partiyasından Dumaya deputat seçilən Valeri Seleznyovun oğlu xakerlik etdiyinə görə Maldiv adalarında ABŞ xüsusi xidmət orqanları tərəfindən həbs olunub.
Avropa.info-nun xarici KİV-ə istinadən məlumatına görə, rusiyalı deputat faktı təsdiqləyərək bildirib ki, hazırda Rusiya Xarici İşlər Nazirliyi ilə danışıqlar aparır. Deputatın sözlərinə görə, baş verən hadisə insan oğurluğudur: "Oğlum oğurlanıb, bizim dövlətimiz dünyanın istənilən yerində haqsızlığa məruz qalan vətəndaşlarımıza müdafiə etməlidir. Əgər oğlumun hansısa günahı var idisə, onu Maldiv məhkəməsinin təqdimatından sonra həbs etməli idilər, bu hadisə isə oğurluq faktıdır. Hazırda oğluma nə zəng vurmaq üçün şərait yaradıblar, nə də onun vəkillə müqavilə bağlamasına imkan verirlər”.
Qeyd edək ki, Roman Seleznyov 5 iyil Maldiv hava limanında ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən həbs olunub.
Qaynar.info