Xəbər lenti

Deputat: "Müstəqilliyimiz təhlükə altındadır"
Dünya17:08 20.09.2013

Deputat: "Müstəqilliyimiz təhlükə altındadır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanın müstəqilliyi təhlükə altındadır.

Anspress erməni mətbuatına istinadən bildirir ki, bu barədə sentyabrın 20-də "İrs" partiyasının parlament fraksiyasının katibi Zarui Postancyan bildirib.

Onun sözlərinə görə, "Ermənistan prezidentini Moskvaya çağırdılar və müəyyən mətnli bəyanatı səsləndirməyə məcbur etdilər ki, bu da Ermənistan üzərindəki təhlükədən xəbər verir", çünki "sabah onu Kremlə çağırıb daha təhlükəli bəyanatlar verməyə məcbur edə bilərlər".

Postancyanın sözlərinə görə, problem ondan ibarətdir ki, 1995-ci ildən başlayaraq Ermənistanda hakimiyyət heç zaman seçilməyib, təyin edilib ki, bu da ölkə həyatının tənəzzülünə gətirib.

Qaynar.info