
Rusiyalı deputat Vladimir Toporkov törətdiyi yol hadisəsindən sonra hüquq mühafizə orqanları tərəfindən Moskvanın mərkəzində saxlanılıb.
Ans press-in məlumatına görə, Tambov vilayəti dumasının deputatının törətdiyi avtomobil qəzasında Özbəkistan vətəndaşı ölmüşdü.
Parlament üzvünə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsinin 4-cü bəndilə - "Sərxoş halda avtomobil idarə edərək ehtiyyatsızlıqdan insan ölümünə səbəb olma" cinayət işi açılıb.
Bundan əlavə, V.Toropkov yol hadisəsini törətdikdən sonra zərərçəkmişə tibi yardım göstərməkdən imtina etdiyinə görə də əlavə məsuliyyətə cəlb edilib.
Avtomobil qəzası şənbədən bazar gününə keçən gecə Moskvanın Smolensk meydanında baş verib. Toporkov "Toyota Lend Kruzer" avtomobili ilə yolun keçid hissəsini təmir edən 43 yaşlı Özbəkistan vətəndaşı olan fəhləni vurub. Fəhlə aldığı xəsarətlərdən keçinib. Deputat bundan sonra təmir işləri aparılan yerdə dayanmış "Henday" avtomobilinə çırpılıb.
Tambov vilayət dumasının saytında Vladimir Toporkovun 2011-ci ildə deputat seçildiyi bildirilir.
Qaynar.info