Xəbər lenti

Deputatı ayağından güllələdilər
Dünya05:38 03.04.2013

Deputatı ayağından güllələdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dağıstanın Xasavyurt şəhərində deputata silahlı hücum olub. 

Naməlum şəxslər Dağıstan Milli Məclisinin deputatı Musa İslalov avtomobilinə əyləşərkən ona atəş açıblar. Dağıstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, ayağından yaralanan deputat xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə əməliyyat-istintaq qrupu gəlib. Musa İslalova hücumun onun ictimai fəaliyyəti ilə əlaqədar olduğu ehtimal edilir.

Qaynar.info