Xəbər lenti

Deputatı evinin yanında güllələdilər
Dünya18:30 16.01.2014

Deputatı evinin yanında güllələdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kosovoda milliyyətcə serb olan yerli siyasətçi güllələnib. 

Anspress “Reuters”ə istinadən bildirir ki, Kosovska-Mitrovitsa şəhərinin bələdiyyəsinin deputatı Dimitrie Yaniçeviç öz evinin yanında avtomat silahdan açılan atəş nəticəsində öldürülüb. Şübhəlilər barədə məlumat verilmir. 

35 yaşlı Yaniçeviç 2013-cü ilin noyabr ayında şəhər meri seçkilərinə qatılmışdı, amma qələbə çala bilməmişdi. “RuSerbia” portalının məlumatına görə, ona qarşı bir dəfə qəsd olmuşdu və avtomobilinin altında bir neçə bomba qoyulmuşdu.

Qaynar.info