Xəbər lenti

Deputatı təhqir edən telejurnalist sorğulanacaq
Dünya13:46 05.08.2013

Deputatı təhqir edən telejurnalist sorğulanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanınmış rusiyalı telejurnalist Kseniya Sobçak deputatı təhqir etdiyinə görə sorğuya çağırılıb.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, Dövlət Dumasının deputatı Yeleniya Mizulinanı təhqir etdiyinə görə İstintaq komitəsi tərəfindən dindiriləcək. Bu barədə Sobçak “Twitter” hesabında yazıb.

“İstintaq Komitəsindən mənə zəng edərək Mizulinanı təhqir etdiyimə görə sorğuya çağırdılar”.

Telejurnalist bir müddət öncə deputatı Rusiyada oral seksin təbliğatını qadağan etməkdə ittiham edib. Mizulina isə Prokurorluğa Kseniyadan şikayət edib. 

Qaynar.info