Xəbər lenti

Deputatın FSB agenti olan keçmiş köməkçisi Almaniya vətəndaşlığından məhrum edildi
Dünya 15:48 28.06.2024

Deputatın FSB agenti olan keçmiş köməkçisi Almaniya vətəndaşlığından məhrum edildi

Almaniya Bundestaqı deputatının ("Almaniya üçün Alternativ”dən) Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) agenti olan keçmiş köməkçisi  Vladimir Sergiyenko Almaniya pasportunu əldə edib. 

Qaynarinfo "Spiegel”ə istinadən xəbər verir ki, indi o Almaniya vətəndaşlığından məhrum edilib.

"Spiegel” yazır ki, bu qərarı iyunun ortalarında Berlin İnzibati Məhkəməsi qəbul edib. Onun sözlərinə görə, Sergiyenko vətəndaşlığa qəbul zamanı Rusiya pasportunu gizlədərək saxta yolla Almaniya vətəndaşlığı alıb. Sergiyenko 2019-cu ildə verdiyi açıqlamada yalnız Ukrayna vətəndaşlığına malik olduğunu göstərib. Təhükəsizliklə bağlı müəyyən şübhələrə baxmayaraq, o, 2022-ci ilin noyabrında Almaniya vətəndaşı olub. 

Sergiyenko ilin əvvəlinə qədər "Almaniya üçün Alternativ” partiyasından olan Bundestaq deputatı Yevgeni Şmidtin əməkdaşı işləyib və uzun müddət deputat vəsiqəsi olub. Məhkəmə sənədlərinə görə, Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarə onu "Rusiya dövlət orqanları adından Almaniya Federativ Respublikasının zərərinə hərəkət etməkdə” şübhəli bilir.

"The Insider” və "Der Spiegel”in araşdırmasına görə, Almaniya vətəndaşı olan keçmiş ukraynalı siyasi texnoloq Sergiyenko öz kuratoru, FSB polkovniki İlya Veçtomovla daimi yazışmada olub. Yazışmalarda Sergiyenko Ukrayna ilə bağlı məsələlərə cavabdeh olan Veçtomovla müzakirə edilən işlər, Moskvadan maliyyələşməsi və hərəkətləri barədə məlumat verib. Deputatın köməkçisinin fəaliyyətinin nəticələrindən biri "Almaniya üçün Alternativ” partiyasının Federal Konstitusiya Məhkəməsinə Ukraynaya tankların tədarükünün dayandırılmasına dair məhkəmə iddiası olub. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->