Xəbər lenti

Deputatlar canlı yayımda əlbəyaxa oldular (VİDEO)
Dünya09:05 30.09.2017

Deputatlar canlı yayımda əlbəyaxa oldular (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kosovada parlament üzvləri canlı yayımda yumruq davasına çıxıblar.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "Priştine Klan" televiziya kanalının müzakirə proqramında iştirak edən iqtidar və müxalif nümayəndələri olan deputatların müzakirəsi dava ilə nəticələnib. Vetvendosje Hərəkatı partiyasının deputatı Fraşr Krasniqi və Nisma Partiyasının deputatı Milaim Zeka əvvəlcə bir-birilərinə su butulkası atıb, sonra isə yumruq davasına başlayıblar. 2 yumruq zərbəsi alan Zekanı yıxılmaqdan studiyadakı çərçivə qoruyub. Daha sonra aparıcı və proqram işçiləri davaya müdaxilə edib və deputatları ayırıblar.

Gülşən

Qaynarinfo.Az