Almaniya kansleri Olaf Şolz və onun həyat yoldaşı Britta Ernstin qonşuları Potsdamdakı (Brandenburq) yaşayış binasının ümumi zibil qutusunda bir neçə dəfə mühüm sənədlər tapıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS Der Spiegel nəşrinə istinadən məlumat
yayıb.
Nəşrin yazdığına görə, Ernstin təhsil naziri kimi daxil olduğu Brandenburq federal əyalətinin hökumətinin işi ilə dolayısı ilə bağlı sənədlərlə yanaşı, cütlük "rəsmi olaraq məxfi kimi təsnif edilən” sənədləri də atırlar.
Belə ki, zibil qutusunda qonşular iyunun sonunda Almaniyanın cənubundakı Elmau qəsrindəki sammitə gələn G7 ölkələrinin liderlərinin həyat yoldaşları və ərlərinin qısa təsviri olan xatirə kağızı tapıblar. Məsələn, İtaliyanın baş naziri Mario Draqinin həyat yoldaşının şəklinin altında qadının "cəmiyyətdən qaçdığı” deyilir. Der Spiegel qeyd edir ki, bu məlumat məxfi olmasa da, sənədin Almaniya Xarici İşlər Nazirliyi tərəfindən tərtib edildiyi və yalnız rəsmi istifadə üçün məlumat kimi qeyd olunduğu iddia edilir. Qəzet yazır ki, mətnin bərpa oluna bilməyəcəyinə əmin olmadan onu atmaq qadağandır.
Bir qədər əvvəl, Şolzun da iştirakı etdiyi bir məclisdə içkilərə qadınları "zorlama narkotiki” qarışdırdığı haqda məlumat yayılmışdı.
Alpər