Almaniya doqquz ayda silah ticarətindən rekord məbləğdə gəlir əldə edib.
Qaynarinfo Almaniyanın "Der Spiegel” nəşrinə istinadla
xəbər verir ki, söhbət 8,76 milyard avrodan gedir.
Eyni zamanda, materialda Ukraynanın alman silahlarının ən çox alıcısına çevrildiyi, Macarıstanın ikinci, ABŞ-ın isə üçüncü yerdə olduğu qeyd edilir. Nəşr müəyyən edib ki, 2022-ci ildə silah tədarükündən gələn məbləğ 8,35 milyard avro təşkil edib, bu il isə onlar artıq bu rəqəmi keçib və 8,76 milyard avro həcmində qiymətləndirilir.
İndiyə qədər Almaniyaya silah satışı üzrə rekord 9,35 milyard avro ilə 2021-ci ilə aiddir. Bununla belə, ekspertlər 2023-cü ilin sonuna qədər bu rekordun yenilənəcəyinə əmindirlər.
Vəziyyəti başa düşmək üçün jurnalistlər kansler Angela Merkelin hakimiyyəti dövründəki məlumatları nümunə kimi göstəriblər. Həmin vaxt 6 milyard avro həddi cəmi beş dəfə keçib.
Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Trampın oğlu fələstinlilərin Amerikada istehsal olunan M4-ə bənzər pulemyotlardan atəş açdığını müşahidə etdiyini
bildirib.
Alpər