Xəbər lenti

Dərbənddə silahlı dəstəyə qarşı əməliyyat başa çatıb
Dünya08:00 15.05.2016

Dərbənddə silahlı dəstəyə qarşı əməliyyat başa çatıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dağıstanın Dərbənd şəhərində çoxmərtəbəli binada mövqe tutmuş silahlı dəstəyə qarşı əməliyyat başa çatıb. 
"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" respublikanın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
"Silahlılara qarşı xüsusi əməliyyat başa çatıb. Xüsusi təyinatlılar evə giriblər. Hadisə yerində istintaq qrupu işləyir", - deyə mənbə agentliyin əməkdaşına bildirib.
Qeyd edək ki, Dərbənddəki silahlılara qarşı xüsusi əməliyyat dünəndən başlayıb. Çoxmərtəbəli binada mövqe tutmuş silahlılar şəhərin sabiq-merinin atasının qətlində şübhəli bilinirlər.
Əməliyyat zamanı 15 polis əməkdaşı yaralanıb, iki polis həlak olub. Ölənlərdən birinin Tümendən göndərilmiş xüsusi təyinatlı milis dəstəsinin əməkdaşı olduğu bildirilir.  
Qaynarinfo.az