
İhvanın əldə etdiyi məlumatlara görə, bir neçə ay əvvəl Mursinin prezidentlik yarışından uzaqlaşdırılması üçün yüksək rütbəli zabitlər və seçki komissiyasının bəzi üzvləri gizli toplantı keçirib.
Müsəlman Qardaşlar Mursidən əvvəl prezidentliyə namizəd olan Hayrat Şatırın da seçki komissiyasının üzvləri və Mübarəkin devrilməsindən sonra 17 ay ölkəni idarə edən hərbi şuranın gizli əməliyyatı ilə uzaqlaşdırıldığını bildiriblər.
Müsəlman Qardaşları əllərində seçki komissiyası və hərbi şuranın üzvləri arasındakı telefon danışıqlarının səs yazılarının olduğunu deyiblər.
Həmin gizli toplantılarda Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılması üçün planların da cızıldığı ortaya çıxan məlumatlar arasındadır.
Qaynar.info