
Rusiyada vertolyotun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
Qaynarinfo.Az-ın məlumata görə, Krasnodar vilayətinin Beloreçensk rayonunda baş verən qəza nəticəsində ölənlərdən biri pilotdur.
Həyatını itirən digər şəxsin heyət üzvü, yoxsa sərnişin olub-olmadığı dəqiqləşdirilir. İkin məlumata görə, “Mi-2” vertolyotu kənd təsərrüfatı sahələrinə dərman səpilməsi ilə məşğul olub.
Qaynarinfo.Az