Xəbər lenti

Dermatoloq hansı məhsulların keçəlliyə səbəb ola biləcəyini açıqladı
Sağlamlıq15:44 18.07.2020

Dermatoloq hansı məhsulların keçəlliyə səbəb ola biləcəyini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yanlış pəhriz də saç tökülməsinə səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, bu sözləri Golos.ua saytına İngiltərədən olan dermatoloq Şaron Vonqun xəbərdarlığında yer alıb.
Onun sözlərinə görə, saç tökülməsinə sürətli karbohidratların zəngin mənbələri, bədənin daha çox kişi hormonları və androgenləri istehsal etməsini stimullaşdıran yüksək səviyyədə işlənmiş qidalar səbəb olur. Bu cür məhsullara ağ çörək, pizza xəmiri, makaron, xəmirlər, ağ un, ağ düyü, şirin desertlər və bir çox quru səhər yeməkləri daxildir. Onları gündəlik yeyirsinizsə, saçınız daha da kövrəkləşir.
Ayrıca dermotoloq qidalarımızda mürəkkəb və ya yavaş karbohidratlar, həmçinin protein olmadıqda saçın vəziyyətinin pisləşdiyini də qeyd edib. Əsas amin turşularını ət, yumurta, tofu, soya, qarabaşaq yarması, kinoa və süd məhsulları yeyərək əldə etmək olar.
Alpər