Xəbər lenti

Dərsliklə bağlı yeni qalmaqal (FOTOFAKT)
Ölkə09:45 16.10.2017

Dərsliklə bağlı yeni qalmaqal (FOTOFAKT)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son günlər mətbuatda Azərbaycanda dərsliklərlə bağlı ciddi problemlər ortaya çıxır və müzakirə olunmaqdadır. Analoji problem 4-ci sinif “Azərbaycan dili” dərsliyində də mövcuddur.

"Qaynarinfo" unikal.org-a istinadən xəbər verir ki, 4-ci sinif “Azərbaycan dili” dərsliyinin 41-ci səhifəsinin “düşün və cavab ver” bölümündə ciddi yanlışlığa yol verilib.

Belə ki, dərslikdə tapşırıq mətni əks istiqamətdə yazılıb və təbii ki, bu da məktəblilərin çaşqınlığına səbəb olur. Məktəblilər kitabı baş-ayaq oxumağa məcburdurlar.

Qeyd edək ki, “Azərbaycan tarixi” və “Ümumi tarix” fənləri üzrə X sinif dərsliyində xəritə yanlışlığı ilə bağlı mətbuatda və sosial şəbəkədə müzakirələr davam edir. Hadisə ilə bağlı Təhsil Nazirliyi sərt tənqid olunur.

Qaynarinfo.Az