Xəbər lenti

Detektiv yazar 22 il əvvəl 4 nəfəri qətlə yetirdiyi üçün həbs edildi
Dünya13:04 19.08.2017

Detektiv yazar 22 il əvvəl 4 nəfəri qətlə yetirdiyi üçün həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Detektiv əsərlərin müəllifi olan məşhur çinli yazıçı Li Yanqbiao cinayət iddiası ilə həbs edilib.

"Qaynarinfo" "Daily Mail"ə istinadən xəbər verir ki, 52 yaşlı yazıçı 22 il əvvəl törətdiyi və 4 nəfəri öldürdüyü hadisə barədə kitab yazıb. "Günahkar sirr" adlı kitabda insanları öldürən qatil qadın yazıçıdan bəhs edilir və onun cinayətlərini aşkar etmək mümkünsüzdür.

Qeyd edək ki, Li Çin Yazıçılar Birliyinin üzvüdür.

Yazıçının hosteli soymağa çalışarkən cinayəti törətdiyi bildirilir.

Qatil yazıçını həbs etməyə gələn polislərə o, "Mən də sizi gözləyirdim" cavabını verib və "Nəhayət ki, uzun müddətdir çəkdiyim vicdan əzabından xilas oluram" deyib.

Gülşən

Qaynarinfo.Az