
Böyük Britaniyanın baş naziri dünya müsəlmanlarını Ramazan ayının başlaması münasibətilə təbrik edib.
Böyük Britaniyanın baş naziri Devid Kemeron dünya müsəlmanlarını müqəddəs Ramazan ayının başlaması münasibətilə təbrik edib.
APA-nın məlumatına görə, baş nazir müraciətində Ramazan ayının əməllərinə riayət edən şəxsləri təbrik edib: “Ramazan İslamın əsl ruhunun nümayiş olunduğu aydır. Britaniyada və dünyada yaşayan bütün müsəlmanlar bütün insanlıq naminə dualar edir, Tanrıya bağlılıqlarını bəyan edirlər. Mən insanların öz dinlərinə sərbəst şəkildə ibadət edə biləcəyi bir dövlətin baş naziri olduğuma görə şadam. Fəxr edirəm ki, milli gəlirlərimizin 0,7 faizini dünyada ehtiyacı olan insanların tələbatlarının ödənməsinə yönəldəcəyimiz haqqında vədimizə sadiq qala bilmişik”.
Qaynar.info