Xəbər lenti

Devrilən prezident ayda 150 min dollar alacaq
Dünya07:38 26.11.2017

Devrilən prezident ayda 150 min dollar alacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zimbabvenin devrilən prezidenti Robert Muqabe hakimiyyətdən getsə də, hər ay maaş alacaq.
Qaynarinfo xəbər verir ki, sabiq dövlət başçısına hər ay təxminən 150 min dollar veriləcək.
"Guardian"ın məlumatına görə, Muqabeyə hakimiyyətdən getmək sazişində hüquqi immunitet verilməsi nəzərdə tutulub. Ona həmçinin bir dəfəlik 5 milyon dollar da ödəniləcək. Hesablamalara görə, sabiq prezident 10 milyon dollara yaxın pul ala bilər.
Onunla yanaşı, həyat yoldaşı Qreys Muqabe də dövlətdən maaş alacaq.
Aydın