Atlantik Okeanında yeni tropik fırtına yaranıb.
Qaynarinfo xəbər verir ki, ABŞ Milli Qasırğa Nəzarət Mərkəzinin məlumatına görə, fırtına ABŞ-a doğru gedir.
Meteoroloqlara görə, saatda 20 kilometr sürətlə hərəkət edir.
Bu təhlükəli fırtına tez bir zamanda qasırğaya çevrilə və şimal -qərbdən ABŞ sahillərinə doğru irəliləyə bilər.
Fırtınaya "Viktor" adı verilb. Adətən küləyin sürəti saatda 62 km-ə çatanda bu ad verilir.
Xəyal Abdullayev