İŞİD terrorçuları "Taliban" hərəkatına pusqu quraraq hücum edib.
Qaynarinfo "Kabul News"a istinadla xəbər verir ki, hadisə Əfqanıstanın Pakistanla sərhəddə yerləşən Zabul əyalətində baş verib.
Qarşıdurma zamanı "Taliban" 17, İŞİD isə 3 döyüşçüsünü itirib.
"Taliban" bu məlumatları təsdiqləmir.
Qeyd edək ki, "Taliban" ölkənin şərqindəki Nanqarhar əyalətində və paytaxt bölgəsində İŞİD yaraqlılarına qarşı əməliyyata başladığını bildirib.
Xəyal Abdullayev