Xəbər lenti

Peyvənddən imtina edən Ruslan Duliç koronavirusdan öldü (FOTO)
Dünya20:12 30.09.2021

Peyvənddən imtina edən Ruslan Duliç koronavirusdan öldü (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aktyor Ruslan Duliç koronavirusdan 40 yaşında dünyasını dəyişib. 
Qaynarinfo xəbər verir ki, bu barədə şairə İrina Blat məlumat verib:
"Bu gün gözəl və sadiq bir dost, istedadlı aktyor və sadəcə yaxşı bir insan olan Ruslan Duliç dünyasını dəyişdi. Peyvəndə inanmadığı üçün vaksinasiya olunmadı. O, ümümiyyətlə koronavirusun mövcudluğuna inanmırdı. Həmişə deyirdi ki, koronavirus adlı xəstəlik yoxdur"
Qeyd edək ki, Duliç 27 aprel 1981-ci ildə Poltavada anadan olub. "Ekspress TV"də aktyorluq kurslarını bitirib. "İstintaq sirləri", "Məsləhətçi", "Goryunov", "Öz" və s. seriallarda rol alıb.
Xəyal Abdullayev