Xəbər lenti

Dikaprio korrupsiya istintaqı ilə bağlı ifadə verib
Dünya09:33 05.01.2019

Dikaprio korrupsiya istintaqı ilə bağlı ifadə verib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya şöhrətli amerikalı aktyor Leonardo Dikaprio korrupsiya ittihamı ilə bağlı ABŞ Ədliyyə Departamentində ifadə verib.
Qaynarinfo The Star-a istinadən xəbər verir ki, aktyorun şahid qismində çıxış etdiyi bildirilir. Dikaprio, Malayziyada böyük qalmaqala səbəb olmuş "1MDB" korrupsiya faktı ilə bağlı, malayziyalı biznesmen Low Taek Jho adlı şəxsin milyardlarla dollar çirkli pulun yuyulmasında iştirakı ilə bağlı danışıb. 
Aktyor və onun sözçüsü məsələ ilə bağlı açıqlama verməkdən imtina edib. 
Qeyd edək ki, Malayziyada 2009-2015-ci illərdə maliyyə nazirliyi ilə əməkdaşlıq edən "1Malaysia Development Berhad" şirkətindən 4,5 milyard dollar pul oğurlanıb. Korrupsiya skandalında hətta Malayziyanın sabiq baş naziri Nəcib Razak da ittiham edilir.
Gülşən