Sərt idaretmə sistemi ilə dünyada tanınan Şimali Koreya ilə bağlı yeni məlumatlar yayılıb.
Qaynar.info bizimyol.info-ya istinadən xəbər verir ki, generalları edam etdirməyi sevən Kim Yong qərargah rəisini edam etdirib. Generalın yoxa çıxması və heç bir rəsmi açıqlamanın verilməməsi bunu deməyə əsas verir.
Bu fotoda olan generallardan 3-ü edam edilib. Digər 3-nün isə rütbəsi aşağı salınıb.
Kim Yong hakimiyyətə gəldikdən bəri, ilk 18 ay ərzində Komunist Partiyasının 6 min üzvünü və yüzlərlə ordu generalını həbs etdirib. O, ilk 18 ayda partiya idarə heyətinin 30 faizini, ordu rəhbərliyinin isə 40 faizini dəyişdirib.
Bu fotodakı generalların yarısı edam edilib, yarısının rütbəsi isə aşağı endirilib
2015-cü ildə edam edilən müdafiə naziri Hyon Yong-Chol
2016-cı ildə edam edilən qərargah rəisi Ri Yong-Gil
2015-ci ildə edam edilən general Pyon İn-Son
Qaynar.info