Şimali Koreya İnsan Haqqları Təşkilatı ölkə rəhbəri Kim Yonqun İsveçrə banklarındakı hesablarını dondurmağa çağırıb. Qaynar.info xəbər verir ki, təşkilat diktatorun bu banklarda 3-4 milyard dollar sərvətinin olduğunu açıqlayıb.
BMT-nin Cenevrədəki ofisində mətbuat konfransı keçirən təşkilatın icraçı direktoru Ahn Myeonq Çul "İsveçrənin Şimali Koreya liderinin hesabları ilə bağlı məlumatları bizimlə paylaşmasını gözləyirik. Əgər bu pullar Şimali Koreyaya getsə, daha artıq diktaturanın qurbanı olacaq" deyib.
Çul bildirib ki, Kim Yonq İsveçrə banklarındakı pullarının qanunsuz yollarla və silah ticarətindən əldə edib.
Qaynar.info