Xəbər lenti

Diktatorun xalası ölkədən qaçdı
Dünya06:59 05.11.2013

Diktatorun xalası ölkədən qaçdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şimali Koreya lideri Kim Çen Unun xalasının ABŞ-a siyasi sığınacaq aldığı ortaya çıxıb.

Qaynar.info
xəbər verir ki, bu barədə France-Presse Agentliyi Cənubi Koreya mətbuatına istinadən məlumat yayıb.

Cənubi Koreya xüsusi xidmət və diplomatik mənbələrə istinadən xəbər verir ki, Kim Çen Unun xalası Ko En Sok 1998-ci ildən ABŞ-dadır.

Ko En Sok 1996-cı ildə bacısı oğlu Kim Çen Unla Bernə, gələcək liderin təhsil aldığı şəhərə gedir. Kim Çen Una göz-qulaq olmaq üçün İsveçrəyə gedən qadın sonradan əri ilə ABŞ səfirliyinə mühacirətlə bağlı müraciət edib.

ABŞ rəhbərliyi onların təkliflərini qəbul edib. Ko En Sok və onun əri əvvəlcə ABŞ-ın Frankfurtdakı hərbi bazasına, sonradan isə ABŞ-a göndərilib. Məlumata görə, onlar təhlükəsizlikləri üçün xüsusi əməliyyat nəticəsində xarici görünüşlərini dəyişiblər.

Qaynar.info