Xəbər lenti

Dilqəm və Şahbazın işinə Avropa Məhkəməsində baxılacaq
Ölkə09:42 23.05.2018

Dilqəm və Şahbazın işinə Avropa Məhkəməsində baxılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İnsan Haqları Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə baxılmasını tezləşdirəcək.
Qaynarinfo-nun oxu.az-a istinadən xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə mayın 23-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə deyib.
Onun sözlərinə görə, erməni girovluğundakı azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı lazımi tədbirlər görülməkdədir. Əldə olunan materiallar, sənədlər Avropa İnsan Haqları Məhkəməsinə göndərilir. 
Qeyd edək ki, Anar Bağırov Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarını müdafiə edir.