Xəbər lenti

DİN-dən müsavatçı ilə bağlı daha bir Açıqlama
Siyasət07:40 25.07.2014

DİN-dən müsavatçı ilə bağlı daha bir Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Fərəc Kərimov hazırda polis orqanlarında saxlanılır”.

Qaynar.info xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.

F. Kərimovun dəqiq harada saxlandığı haqda məlumat verməyən E. Zahidov iş üzrə araşdırmanın getdiyini söyləyib: “Fərəc Kərimov saxlanılarkən üzərindən narkotik vasitə aşkar edilərək götürülüb. Bu məsələ ilə bağlı polis orqanlarında istintaq hərəkətləri aparılır”.

"Qafqazinfo"nun məlumatına görə Fərəc Kərimovdan xəbər ala bilməyən yoldaşları sosial şəbəkələrdə #farajkarimovharadadır həştəqi ilə kampaniyaya başlayıblar. Dünən axşam saatlarında başlayan kampaniyaya bir çox tanınmış siyasətçilər, ictimai sektorun gəncləri də qoşulub.

Qeyd edək ki, Fərəc Kərimov iyulun 23-də Bakı Sağlamlıq Mərkəzinin yaxınlığında saxlanılıb.

Xatırladaq ki, iyulun 17-də isə Fərəc Kərimovun qardaşı Sirac Kərimovu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tutublar.

Sirac Kərimov Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə ittiham edilir, işi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır.

Qaynar.info