Xəbər lenti

DİN Kənan M.M. -in həbsinə aydınlıq gətirdi - FOTO
Ölkə07:05 30.07.2014

DİN Kənan M.M. -in həbsinə aydınlıq gətirdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyi rejissor Kənan M.M-in həbsi ilə bağlı açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Vüqar və Vüsal Muradov qardaşları ərizə ilə müraciət ediblər.

Muradovlar müraciətlərində bildiriblər ki, Kənan bir qrup şəxslə zor tətbiq edərək onları döyüb. DİN sözçüsü görülən tədbirlər nəticəsində rejissorun saxlanıldığını və qarşı tərəfin əməlini etiraf etdiyini qeyd edib. Bundan sonra Cinayət Məcəlləsinin 221-ci maddəi ilə barəsində cinayət işi açılıb və həbs olunub. Hazırda faktla bağlı istintaq aparılır.

Qeyd edək ki, Vüqar Muradov "Yeni Ulduz" yarışmasının iştirakçısı olub və hazırda müğənni kimi tanınır.

Axar.az-ın verdiyi məlumata əsasən, rejissor bir neçə nəfərlə birləşərək Binəqədidə “razborka”ya gedib. Kənan M.M-in dəstəsində 4-5 nəfərin olduğu bildirilir.

O, müğənni Vüqar Muradovu döyüb. Adamların yanında onun başına yumruq zərbələri vurub.

Buna səbəb isə ATV telekanalında “Ulduzların döyüşü” realiti-şousu olub. Belə ki, Kənan M.M və müğənni Vüqar Muradov verilişdə üz-üzə gəliblər. Döyüşdə bütün gücünü göstərən Kənan Vüqara məğlub olmuşdu. Buna səbəb isə döyüş ərəfəsində rejissorun qolunun 2 dəfə çiynindən çıxması göstərilirdi.

Lakin müğənni Vüqar Muradov Tabloid.az-a açıqlamasında bunun həqiqətə uyğun olmadığını bildirmişdi:

“Gülməlidir, bu, bir bəhanədir. Kənanın qolu-filan çıxmamışdı, sadəcə, olaraq mən güclü olaraq qalib gəldim və Kənan bunu həzm edə bilmir. Yarış günü hər şey yaxşı idi, mən qalib olduqdan sonra Kənan mənimlə düşmənçiliyə başladı. Kənanın qolu çıxmamışdı. İnsanın qolu çıxanda ağrıdan tərpədə bilmir. Necə onun qolu çıxmışdı ki, mən onun qolunu tutub qaldırdım. Kənan yanında olan səviyyəsiz dostları bu söz-söhbətləri yaydı ki, “Kənanın qolu çıxmasaydı Vüqara qalib gələcəkdi?!”

Bütün bunlardan sonra isə onların arasında münasibətlər korlanıb. Kənan M.M Vüqar Muradovla yumruq davasına çıxıb.

Etibarlı mənbə onu da bildirib ki, V.Muradov bu gün şikayət ərizəsini geri götürəcək. Beləliklə də Kənan M.M azad ediləcək.

Qaynar.info