Evində axtarış aparılan Rusiya DİN-in vəzifəli şəxsinin mənzilindən 8 milyard rubl (təxminən 125 milyon dollar-red.) götürülüb.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, polkovnik Dmitri Zaxarçenkonun özü isə daha əvvəl Federal Xidmət Bürosu əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə saxlanılıb.
Onun saxlanılması Rusiya İstintaq Komitəsi generalları ilə kriminal avtoritet Zaxari Kalaşovun ( Şakro Molodoy) korrupsiya əlaqələrinə dair açılan cinayət işi çərçivəsində olub.
Qaynarinfo.Az