
Səudiyyə Ərəbistanında bir din xadiminin qadınlarla bağlı sözləri qalmaqala səbəb olub.4
"Qaynarinfo" xəbər verir ki, Saad Əl Hacari "qadınlar axmaq olduğu üçün maşın sürə bilməz" deyib.
Bununla kifayətlənməyən din xadimi qadınların yarım beyin gücü ilə yaradıldığını, alış-veriş etməyə başladıqdan sonra beyin güclərinin 1/4-ə düşdüyünü deyib.
Onun bu açıqlamaları ciddi etirazlara səbəb olub. Bundan sonra Saad Əl Hacarinin yaşadığı bölgənin rəhbərinə müraciətlər edilib. Nəticədə onun çıxışlarına qadağa qoyulub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı qadınların maşın sürməsini qadağan olunduğu yeganə ölkədir. Qadınlar maşın sürəndə yaxalanan zaman həbs olunur.
Gülşən
Qaynarinfo.Az