Xəbər lenti

DİN xüsusi təyinatlıları Qırğızıstan Prezidentinin iqamətgahına toplandı
Dünya07:44 15.10.2020

DİN xüsusi təyinatlıları Qırğızıstan Prezidentinin iqamətgahına toplandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun iqamətgahına toplanıb.

Qaynarinfo xəbər verir ki, 5 oktyabrdan bəri respublika sakinləri tərəfindən istefası tələb olunan dövlət başçısı binanın içindədir.

Eyni zamanda bir çox mütəşəkkil cinayətkar qrupla əlaqəli olan Baş nazir Sadır Japarovun minlərlə tərəfdarları iqamətgahdan bir neçə yüz metr aralıda toplanıb. Onlar Jeenbekovun istefasını tələb edirlər.

Alpər