Xəbər lenti

Dini lider Türkiyədə baş verənlərə görə ABŞ-ı suçladı
Dünya13:42 01.08.2016

Dini lider Türkiyədə baş verənlərə görə ABŞ-ı suçladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın ali dini lideri Əli Xamneyi Türkiyədə baş verən çevriliş cəhdinə münasibət bildirib.
Qaynarinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əli Xamneyi çevriliş cəhdinin arxasında ABŞ-ın durduğuna dair ciddi şübhələrin olduğunu deyib. 
Tehranda bir toplantıda danışan İranın ali dini lideri çevriliş cəhdinin arxasında ABŞ-ın durduğu isbat ediləcəksə, bunun Ağ Ev üçün böyük rəzalət olacağını sözlərinə əlavə edib. 
ABŞ-ın başqa ölkələrin daxili işlərinə qarışmasını kəskin pisləyən Xamneyi Vaşinqtonun İslam dininə qarşı olduğunu söyləyib: “Türkiyədə dini hərəkətlənmə var. Bu üzdən çevriliş cəhdi edildi”.
Qaynarinfo.az