Xəbər lenti

Diplomat pandalar (FOTO)
Dünya14:48 28.09.2017

Diplomat pandalar (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çinin 60 ildir tətbiq etdiyi "panda diplomatiyası" çərçivəsində İndoneziyaya hədiyyə etdiyi 2 panda ölkəyə çatıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Hu Çun və Say Tao adlı 2 panda Qaruda havayolu şirkətinin Banten bölgəsindəki karqo mərkəzinə çatıb. Taman Safari zooparkında yaşayacaq pandalar üçün bütün hazırlıqlar tamamlanıb.

Pandalar üçün 4,5 milyon dollar pul xərclənib. İndoneziyada 10 il yaşayacaq bu canlılar üçün 2 veterinar və 8 baxıcı təyin edilib, onların yaşayacağı yer pandalar üçün əlverişli, sərin və dağlıq bölgədə seçilib. Pandaların İndoneziyaya gətirilməsi 2010-cu ildə iki ölkə arasında diplomatik əlaqələrin 60-cı ildönümü ilə əlaqədar gündəmə gəlmişdi.

Qeyd edək ki, ABŞ-da 12, Yaponiyada 8, Sinqapurda 4, Malaziya və İspaniyada 3, Fransa, Almaniya, Belçika, Avstriya, Kanada, Avstraliya, Hollandiya, Tayland, İndoneziyada 2 Çinə aid diplomat panda var. Diplomat pandalar Çin xalqı ilə digər ölkə vətəndaşları arasında mənəvi əlaqənin qüvvətlənməsində rol oynayır. 

Dünyada təxminən 600 panda var. Nəsli kəsilməkdə olan canlılar arasında olan bu heyvanların böyük hissəsi Çində yaşayır və xüsusi qayğı görür.

Gülşən

Qaynarinfo.Az